PSJ nin əsas oyunçularından biri sıradan çıxdı

29.01.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Paris Saint-Germain"in əsas oyunçularından biri sayılan Xviça Kvaratsxeliyanın zədəsi ağırdır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luis Enrike danışıb.

O bildirib ki, futbolçunun zədəsi topuğu ilə bağlıdır:

"Zədə səbəbindən daha bir vacib oyunçunu itirdik; cümə axşamı testlərdən keçməliyik. Bu, onun topuğudur və bu, çətindir".

Xatırladaq ki, 24 yaşlı Kvaratsxeliya 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan PSJ-yə keçib. Karyerası ərzində oyunçu Kazanın "Rubin" və Moskvanın "Lokomotiv" komandalarında oynayıb. Bu mövsüm onun hesabında 27 matçda yeddi qol və beş məhsuldar ötürmə var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью