PSJ nin futbolçusu Çempionlar Liqasının pley off mərhələsində vurulan qolların sayına görə Zidanı geridə qoyub

30.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

PSJ klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində ən çox qol vuran fransalı futbolçuların siyahısında 4-cü pilləyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı forvard buna qitənin əsas klub turnirinin yarımfinal mərhələsinin İngiltərədə “Arsenal”a qarşı keçirilmiş ilk oyununda fərqlənməklə nail olub.

Matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu ÇL-in pley-off raundunda vurduğu qolların sayını 9-a çatdırıb. Dembele bu göstərici ilə əfsanəvi futbolçu Zinəddin Zidanla hazırda İspaniyanın “Atletiko Madrid” komandasında çıxış edən Antuan Qrizmannı (hər ikisi 8 qol) geridə qoyub.

Qeyd edək ki, bombardirlər siyahısına 34 qolla Kərim Benzema başçılıq edir. Kilian Mbappe (24 qol) 2-ci, Tyerri Anri (12 qol) 3-cü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью