Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kolumbiyadan olan bir ailə insan alveri və qeyri-qanuni əməyin istismarı ilə bağlı Paris Sen-Jermen-in və Fransa millisinin müdafiəçisi Lyuk Ernandesi məhkəməyə şikayət edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kolumbiyadan olan bir ailə — ata, ana və üç uşaq 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər 2018-ci il dünya çempionu Ernandes və onun sevgilisi Viktoriya Triayının evində işləyib.
Onların vəzifələrinə evin təmizlənməsi, mühafizə və təhlükəsizliyin təmin edilməsi, həmçinin yemək bişirmək və futbolçunun uşaqlarına baxmaq daxil olub.
27 yaşlı Mari Triayla Kolumbiyada tanış olub. 2024-cü ilin payızında o, qanunsuz şəkildə Avropaya gəlib və Ernandesin evində işləməyə başlay
Marinin iddiasına görə, idmançı və onun sevgilisi sənədləşmə məsələsində kömək edəcəklərini vəd etsələr də, bunu etməyiblər.
Ailənin nizam-intizamını və təhlükəsizliyini təmin etmək üçün daha sonra Marinin valideynləri, eləcə də iki qardaşı Fransaya köçüb.
Onların işə götürülməsi rəsmi şəkildə qeydiyyata alınmayıb, maaşlarını isə nağd şəkildə alıblar.