PSJ nin futbolçusu Səudiyyə Ərəbistanı yolunda

17.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

PSJ-nin və Portuqaliya yığmasının futbolçusu Danilu Pereyra karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Santi Una məlumat yayıb. Xəbərdə 32 yaşlı yarımmüdafiəçinin “Əl İttihad”la razılaşdığı bildirilib.

Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçu üçün 5 milyon avro ödəyəcək.

Danilu 2020-ci ildən PSJ-də çıxış edirdi. O, 157 oyunda 10 qolla yadda qalıb. Yarımmüdafiəçi Portuqaliya yığmasında 74 oyunda 2 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью