PSJ nin futbolçusu Superkubok oyununu buraxacaq

11.08.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

PSJ-nin futbolçusu Joao Neveş UEFA Superkubokunda “Tottenhem”ə qarşı keçiriləcək oyunu buraxacaq.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Klublararası Dünya Çempionatında “Çelsi” ilə matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub

Neveş Superkubok oyunu ilə yanaşı, Liqa 1-də I turun “Nant”la matçında da oynamayacaq.

Superkubok oyunu avqustun 13-də olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью