PSJ nin futbolçusu Yunanıstan klubunda çıxış edəcək

24.08.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 Fransanın PSJ klubu futbolçusu Renatu Sançesi icarəyə verib.

Bakıvaxtı.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Panatinaikos”a keçib.

Portuqaliyalı oyunçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Renatu Sançes 2024/2025 mövsümündə icarə əsasında Portuqaliyanın “Benfika” komandasında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью