PSJ nin futbolçusunun evi qarət edildi

03.06.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruizin evi qarət olunub.

QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Hadisə bazar ertəsi - Fransa klubunun Çempionlar Liqasının qalibi olmağından 2 gün sonra baş verib. Cinayəti törədən iki yeniyetmə olub. Onlar hadisə yerində yaxalanıblar.

Xatırladaq ki, Ruiz Fransa klubunun cinayət qurbanı olan ilk futbolçusu deyil. Belə ki, 2023-cü ildə PSJ-nin italyan qapıçısı Canluici Donnarummaya silahlı hücum edilib və evi qarət edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью