PSJ nin hədəfinə düşdü

30.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Rodriqo Qoes mövsümün sonunda “Real”dan ayrıla bilər.

PSJ rəhbərliyi onu transfer etmək niyyətindədi.
İspaniya mətbuatının məlumatına görə, Parislilərin baş məşqçisi Luis Enrike 24 yaşlı cinah oyunçusunun komandaya müsbət təsir edəcəyinə inanır. Ona görə də paytaxt klubu yayda Rodriqonu almağı planlaşdırır.
Braziliyalı futbolçu “Real”da 2019-cu ilin yayından çıxış edir. O, indiyədək bütün turnirlərdə 243 matçda meydana çıxıb, 65 qol vurub, 47 məhsuldar ötürmə edib. Rodriqonun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında qüvvədən düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью