PSJ nin hücumçusu İngiltərə klubuna transfer oldu

01.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Aston Villa" PSJ-nin hücumçusu İbrahima Mbayeni transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 

Müqavilənin təfərrüatları açıqlanmasa da, "Transfermarkt" portalı ingilislərin seneqallı futbolçuya görə Fransa klubuna 55 milyon avro ödədiyini bildirib.

Mbaye PSJ-nin yetirməsidir. Hücumçu ötən mövsüm 30 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. 18 yaşlı futbolçu DÇ-2026-da Seneqal millisinin heyətində 4 oyunda bir dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью