PSJ nin hücumçusu İspaniya millisində zədələndi

02.10.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Ferran Torres sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

PSJ-nin futbolçusunun sol ayaq topuğunda zədə aşkarlanıb. 26 yaşlı forvard komandanın düşərgəsini tərk edib.

Torresin əvəzinə "Real"ın hücumçusu Karlos Espi yığmanın heyətinə daxil edilib.

Qeyd edək ki, İspaniya millisi UEFA Millətlər Liqasında sabah doğma meydanda Çexiyanı qəbul edəcək, ayın 6-da isə səfərdə Xorvatiyanın qonağı olacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью