Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Atletiko” PSJ-nin hücumçusu Qonsalu Ramuşu izləyir.
Apasport.az xəbər verir ki, hazırda madridlilər yarımmüdafiəçi transferinə fokuslansalar da, artıq növbəti mövsüm üçün “doqquz nömrə”nin cəlb edilməsi barədə düşünürlər.
Bildirilir ki, portuqaliyalı futbolçu bu mövqe üçün klubun əsas hədəfinə çevrilə bilər.
Oyunçu “Atletiko”nun texniki rəhbərliyinin çox xoşuna gəlir və Mateu Alemani anlayır ki, onun transferi üçün qabaqcadan işləmək lazımdır.
Qeyd edək ki, bu yay klubun Antuan Qrizmannı, Aleksandr ,Şörlotu və hətta Xulian Alvarezi itirməsi ehtimalı kifayət qədər yüksəkdir, buna görə də hücumçu transferi zəruri olacaq.
Cari mövsümdə Ramuş Liqa 1-də 18 matçda iştirak edib və 4 qol vurub.
“Ayntraxt”ın kapitanı: “Bizi qarşıda vacib oyun gözləyir” “Fənərbaxça” borclarını ödəyib 20 yaşlı futbolçu Premyer Liqa klubunda - RƏSMİ "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.