Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PSJ-nin hücumçusu Usman Dembele yenidən zədələnib.
İdmanxeber.az xəbər verir ki, o, Çempionlar Liqasının “Bavariya” ilə oyununda 25-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.
Fransalı futbolçunun noyabrın 26-da “Tottenhem”lə matçda meydana dönməsi gözlənilir. Dembele bu mövsüm 9 oyunda 3 qol və 2 asistlə yadda qalıb.