PSJ nin istədiyi hücumçu üçün 70 milyonluq tələb İdman və Biz

20.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PSJ “Aston Villa”nın futbolçusu Con Duranın transferi ilə bağlı danışıqları davam etdirir.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun kolumbiyalı hücumçu üçün tələb etdiyi məbləğ bəlli olub.

Premyer Liqa təmsilçisi Fransa klubundan 70 milyon avro istəyir. 21 yaşlı forvardın keçidi yanvarda baş tutmasa, PSJ transferi yayda reallaşdırmağa çalışacaq.

Qeyd edək ki, Duran cari mövsümün 27 matçında 12 qol vurub. Onun “Aston Villa” ilə müqaviləsi 2030-cu ilin yayında başa çatacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью