Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
PSJ-nin kapitanı Markinyos klub tarixində 500-cü oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı braziliyalı müdafiəçi, bu nailiyyətini Çempionlar Liqasının “Tottenhem”lə (5:3) keçirilən qarşılaşmasında qazanıb.
O, PSJ-də 500 oyun keçirən ilk futbolçu oldu. Markinyos 2013-cü ildə “Roma”dan 31 milyon avroya transfer edilib və 500 rəsmi matçda 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci sırada isə 435 oyunla Jan-Mark Pilorgerdir.