PSJ nin Konate planı

15.02.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

PSJ-nin heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub.

İdman.biz xəbər verir ki, Fransa klubu yayda İbrahima Konate ilə güclənmək niyyətindədir.

Parislilər “Liverpul”un müdafiəçisinə Markinyosun əvəzləyicisi gözü ilə baxırlar. Konate də keçidin əleyhinə deyil. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Fransalı anlaşmanı uzatmaqdan imtina etdiyi üçün “Liverpul”un onu satmağa razılaşacağı gözlənilir.

Qeyd edək ki, Konate cari mövsümdə Premyer Liqanın 18 oyununda 1 qol vurub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью