PSJ nin müdafiəçisi Azərbaycan millisi ilə oyun haqda nə dedi?

07.09.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu Bakıda Azərbaycan millisinə qarşı keçirəcək Ukrayna yığmasının müdafiəçisi İlya Zabarnı sentyabrın 9-da baş tutacaq görüş barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, PSJ-nin futbolçusu 1-ci turda Fransaya uduzduqları görüşün (0:2) ardından fikirlərini Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına bölüşüb:

"Müsbət nəticə qazanmağımızı istərdim. Amma bu, futboldur. Qalib gəlməli olduğumuz növbəti oyuna köklənəcəyik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq Azərbaycan – Ukrayna qarşılaşması saat 20:00-da başlayacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью