PSJ nin prezidenti klubun 600 işçisinə məktub göndərdi Mükafatlandırılacaqlar | Icma.az
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın Çempionlar Liqasının finalçısı olmasından sonra klubun 600 əməkdaşına təşəkkürünü bildirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "SPORTbible" məlumat yayıb.ğğ Mənbənin məlumatına görə, PSJ prezidenti klubun 600 əməkdaşına məktub göndərərək, komandanın qələbəsinə görə mükafatlandırılacaqlarını bildirib.
Heyətin hər bir üzvü pulsuz biletlər və Münhenə bütün xərcləri ödənilmiş səyahət, həmçinin adətən yalnız əsas komandanın oyunçuları üçün ayrılan bonusdan müəyyən məbləğ alacaq.
Mayın 7-də Çempionlar Liqasının yarımfinalında ikinci görüşdə də “Arsenal”ı məğlub edən (2:1) parislilər Avropanın ən nüfuzlu klub tirnirinin final oyununa vəsiqə qazanıblar.
Komanda həlledici görüşdə “İnter”lə qqarşılaqacaq. Mirağa Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu