Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
PSJ-nin prezidenti Nasser Al-Xelaifi klubun bir neçə keçmiş ulduz futbolçusu, o cümlədən Kilian Mbappe, Lionel Messi və Neymara müraciət edib.
Apasport.az xəbər verir ki, qətərli mütəxəssis çıxışında keçmiş oyunçularına təşəkkür edib:
"Onlara təşəkkür etmək istəyirəm. Mbappe, Messi, Neymar, İbrahimoviç... Bütün oyunçulara təşəkkür etmək istəyirəm, çünki bu, klub üçün vacib bir dövr idi. Mbappesiz əla mövsüm keçirdik, amma ona bütün qəlbimlə "Real Madrid"də uğurlar arzulayıram. Təbii ki, bizə qarşı oynadığı oyunlar istisna olmaqla".
Xatırladaq ki, fransız, argentinalı və braziliyalı əvvəllər komandanın hücum üçlüyünü formalaşdırmışdı.
PSJ-nin futbolçusu Bundesliqa yolunda Argentina millisinin üzvü ölkəsinə qayıda bilər Ranyeri millidən imtina etdi “Siti” ingiltərəli qolkiperi transfer edib - RƏSMİ Fransalı futbolçu Braziliya klubunu tərk edib