Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın PSJ klubunun qapıçısı Lukas Şevalye qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Oyun praktikasının azlığından narazı olan 25 yaşlı qolkiper yanvarın 23-dən bəri rəsmi matçlarda meydana çıxmayıb. Həmin tarixdən etibarən Matvey Safonov Paris təmsilçisinin əsas qapıçısına çevrilib.
Şevalye gələcəyi ilə bağlı komandanın baş məşqçisi Luis Enrike və klubun idman məsələləri üzrə müşaviri Luiş Kampuşla görüşmək istəyir.
Müntəzəm forma geyinmək niyyətində olan qapıçının həm icarəyə göndərilməsi, həm də birdəfəlik transferi nəzərdən keçirilir. PSJ isə yalnız Şevalyeyə əvəzləyici tapacağı təqdirdə onun ayrılmasına razılıq verəcək.
PSJ-dən Çempionlar Liqasında Fransa rekordu Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...” Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"