PSJ nin qapıçısı klubun tarixinə düşüb

21.12.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Fransa təmsilçisi PSJ-nin qapıçısı Renato Marin klubun tarixinə düşüb.

Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, oyunçu buna ölkə kubokunun 1/32 finalında "Fontene"ni məğlub etdikləri matçda iştirak etməklə nail olub.

O, Paris komandasının tarixində XXI əsrdə rəsmi qarşılaşmada meydana çıxan ən gənc qolkiperdir. Renato Marin bunu 19 yaş 5 ayında bacarıb.

Qeyd edək ki, PSJ rəqibini dörd cavabsız qolla üstələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью