PSJ nin qolkiperi 34 yaşında karyerasını bitirdi

16.10.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

PSJ-nin keçmiş qapıçısı Aleksandr Letelye 34 yaşında futboldan ayrıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qokiper Paris klubunun akademiyasının yetirməsidir. Letelye karyerası ərzində "Anje",  "Yanq Boyz", "Trua" kimi klubların formasını geyinib. Letelye 2020-ci ildə parislilərin düşərgəsinə dönüb. Onun Fransa klubu müqaviləsi 2024-cü ildə başa çatıb.

Qeyd edək ki, Letelye PSJ-nin əsas komandasının heyətində ümumilikdə iki oyuna çıxıb. O, "Yanq Boyz"la İsveçrə çempionluğunu qazanıb, PSJ ilə isə iki dəfə Liqa 1-in qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью