PSJ nin tarixində 3 cü dəfə

08.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

PSJ Liqa1-in oyununda “Monako”nu darmadağın edib.

İdman.biz xəbər verir ki, mövsümün 21 oyununda uduzmayan Paris klubu tarixində 3-cü dəfə belə starta imza atıb.

Paytaxt təmsilçisi bunadək iki dəfə ilk 21 matçı məğlubiyyətsiz keçib. Bu, 1985/86 və 2015/16 mövsümlərində qeydə alınıb.

Qeyd edək ki, 16 qələbə və 5 heç-heçəsi olan PSJ 53 xalla çempionatın lideridir. İkinci olan “Marsel” bir oyun az keçirib və 13 xal geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью