futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Liverpul” PSJ-nin və Fransa milli komandasının vingeri Bredli Barkolanın keçidini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalayıb.
Mətbuatda yayılan məlumatlara görə, bu transfer “Liverpul”a 124 milyon avroya başa gəlib. Müqavilədə əlavə 20 milyon avro bonus nəzərdə tutulub. Fransalı futbolçu ilə imzalanan sözləşmənin müddəti 2032-ci ilin yayına kimi nəzərdə tutulub.
“Lion”un yetirməsi olan Barkola 2023-cü ildən PSJ-də çıxış edirdi. O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 49 rəsmi oyuna çıxaraq 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.