PSJ nin ulduzunun evi iki uşaq tərəfindən qarət olunub

03.06.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruizin evinə iki uşaq oğurluğa girib.

Oxu.Az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Fransa klubunun Milan "İnter"i ilə final oyununda (5:0) qələbə qazanmasından bir gün sonra baş verib. Cinayəti törədən iki azyaşlı hadisə yerində yaxalanıb.

Qeyd edək ki, Ruiz Fransa klubunun cinayət qurbanı olan ilk futbolçusu deyil. 2023-cü ildə PSJ-nin italyan qapıçısı Canluici Donnarumma silahlı hücuma məruz qalıb və evi qarət edilib. Dəymiş ziyanın təxminən 500 min avro olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью