Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda davam edən futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin 1-ci turunda 1:3 hesabı ilə məğlub olduqları Fransa yığmasına qol vuran Seneqal seçməsinin cinah hücumçusu İbrahim Mbaye tarixi rekorda imza atıb.
Fanat.Az FIFA-ya istinadən xəbər verir ki, o, dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu olub.
Sözügedən oyunçu 18 yaş 143 günlüyündə fərqlənib.
UEFA Çempionlar Liqasının son qalibi PSJ-nin formasını geyinən vinger "xoruzlar"ın qapısına 90+5-ci dəqiqədə yol tapıb.
Toğrul