PSJ nin yarımmüdafiəçisi Cud Bellingemin rekordunu yeniləyib

09.04.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

İdman.Biz-in məlumatına görə, fransız futbolçu “Liverpul”a qarşı oyunda start heyətində meydana çıxıb və bu, onun yarışda 40-cı oyunu olub.

Zair-Emeri bununla da 20 yaş 31 günlüyündə 40-cı oyununu keçirərək bu mərhələyə çatan ən gənc oyunçu olub. Əvvəlki rekord isə 21 yaş 164 günlüyündə Çempionlar Liqasında 40-cı oyununu keçirən “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingemə məxsus idi.

Qeyd etmək lazımdır ki, PSJ – “Liverpul” oyunu parislilərin 2:0 hesablı qələbəsi ilə bitib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью