PSJ nin zədəli futbolçularından xəbər var

31.01.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

PSJ-nin zədəli futbolçularından xəbər var

Fransanın PSJ klubu Liqa 1-in 20-ci turunda "Strasburq"la matçdan öncə zədəli futbolçuların durumu barədə açıqlama yayıb.

QOL.az xəbər verir ki, klubun açıqlamada gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın vəziyyətinə də aydınlıq gətirilib:

"Kenten Nkantu bərpa prosesini davam etdirir. Xviça Kvaratsxeliyanın müalicəsi hələ də davam edir. Sol dizindən zədələnən Fabian Ruis isə tibbi nəzarət altında saxlanılır".

Xatırladaq ki, Kvaratsxeliya Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Nyukasl"la (1:1) görüşdə zədələnmiş və 22-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, "Strasburq" - PSJ matçı fevralın 1-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью