Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ-nin ağır zədə alan hücumçusu Dezire Duenin əməliyyat olunacağı yer müəyyənləşib.
İdman.Biz xəbər verir ki, “RMC Sport”un jurnalisti Artur Perro bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Dezire Duenin sağ dizindən Dohadakı “Aspetar” klinikasında əməliyyat olunması nəzərdə tutulur. Hücumçunun yaxın günlərdə Qətərə yollanacağı gözlənilir. O, dünən axşam “Park de Prens” stadionunda “Roma” ilə qarşılaşmanı izləyib”, - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, 21 yaşlı futbolçu noyabrın 21-də Fransa çempionatının 11-ci turunda “Nitsa” ilə qarşılaşmada (3:2) sağ dizinin ön çarpaz bağının qopması nəticəsində mövsümü erkən başa vurub.