PSJ onlarsız oynayacaq

09.07.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, Uilyam Paço və Lukas Ernandes diskvalifikasiya ediliblər.

Klublararası dünya çempionatının 1/4 finalında “Bavariya” ilə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular iki oyunluq cəzalanıblar. 

Bu isə o deməkdir ki, sözügedən oyunçular PSJ-nin bu gün “Real”la keçiriləcək yarımfinal matçını və komanda finala çıxsa, həlledici görüşü buraxacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью