PSJ onu İtaliyaya göndərdi

20.01.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gözlənildiyi kimi, Randal Kolo Muani PSJ-ni tərk edib.

Fransalı futbolçu “Yuventus”a keçib. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, 26 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında Turin klubunda çıxış edəcək. Müqavilədə futbolçunun birdəfəlik satınalma bəndi də nəzərdə tutulub.
Fransa yığmasının da üzvü olan Randal bu mövsüm PSJ-nin formasında bütün turnirlərdə 14 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью