PSJ onun transferindən imtina etdi

24.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço PSJ-yə keçməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə Paris təmsilçisinin ingiltərəli vingerin transferindən imtina etdiyi bildirilib.

Eyni zamanda “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın Sanço ilə münasibətləri düzəlib və ona yeni mövsümdə şans verməyi düşünür.

İngiltərəli vinger ötən mövsüm Dortmund “Borussiya”sında icarədə olub və 21 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью