PSJ qapıçı Lonqoninin transferini elan edib

06.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

PSJ qapıçı Alessandro Lonqoni ilə müqavilə imzaladığını elan edib.

İdman.Biz bildiri ki, onun müqaviləsi 2031-ci ilə qədərdir.

“Pari Sen-Jermen klubu italyan qapıçı Alessandro Lonqoni ilə müqavilə imzaladığını məmnuniyyətlə elan edir. “Komo”dan olan 18 yaşlı futbolçu klubla 2031-ci ilə qədər müqavilə imzalayıb. O, 16 nömrəli formanı geyinəcək”, - klubun mətbuat xidməti klubun sosial media səhifəsindəki açıqlamada bildirib.

Lonqoni “Milan”ın U-20 komandasında 38 oyun keçirib, 45 qol buraxıb və yeddi dəfə qapısını quru saxlayıb.

PSJ 2025/2026 mövsümündə Fransa çempionu, eləcə də Çempionlar Liqasının qalibi olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью