Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ “Qızıl top” uğrunda mübarizədə futbolçuları Usman Dembele və Xviça Kvaratsxeliyaya dəstək verməyə fokuslanacaq.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, “Qızıl top”a namizədlər arasında PSJ-nin 10 futbolçusu yer alıb. Onlar Aşraf Hakimi, Nunu Mendeş, Vitinya, Markinyos, Joau Neveş, Vilyan Paço, Ferran Torres, Fabian Ruis, Xviça Kvaratsxeliya və Usman Dembledir.
Mənbənin məlumatına görə, klub dəstəklədiyi namizədlərin sayını üçdən ikiyə endirib. Prioritet Dembele və Kvaratsxeliya verilib. Rəhbərlik əsas şansları məhz bu iki futbolçuda görür.
Fabian Ruisin mövqeyi isə daha zəif qiymətləndirilir. Buna səbəb onun kifayət qədər tanınmaması və statistik göstəricilərinin digər iki namizəddən geri qalmasıdır.
Bununla belə, klubun mövqeyi yekun deyil. Futbolçuların forması, komandanın nəticələri və “Qızıl top” səsverməsinin nəticələrindən asılı olaraq PSJ gələcəkdə seçim dairəsini bir namizədə qədər daralda bilər.
Rəhbərlik üçün vacib göstəricilərdən biri gələn bazar günü “Marsel”lə keçiriləcək matç ola bilər.