PSJ qol oldu, Tuluza ya yağdı: 3 oyunda 18 qol

31.08.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Liqa 1-də III turun oyunları davam edir.

"Apasport"un xəbərinə görə, 2-ci oyun günündə 3 qarşılaşma baş tutub və bu 3 matçda qapılara nə az, nə çox 18 qol vurulub.

Günün ilk oyununda "Loryan" doğma meydanda "Lill"i qəbul edib.

İlk hissəsi qolsuz bitən matçın ikinci hissəsində qapılara 8 top vurulub.

Rəqibini 7:1 hesabı ilə məğlub edən "Lill"də türkiyəli qapıçı Berke Özer bir penaltini də dəf edib. Berke komandasının son qolunda isə assist edən oyunçu olub.

İkinci matçda "Nant" evində "Oser"i məğlub edib 1:0.

Günün son matçında PSJ "Tuluza" səfərinə çıxıb.

Azarkeşlərin 9 qola şahidlik etdiyi oyunda Paris təmsilçisi rəqibini 6:3 hesabı ilə məğlub edib. Joao Nevesin het-trikinə Dembele dublla, Barkola 1 qolla dəstək verib. 

Qarnaço “Çelsi”də - RƏSMİ "Qalatasaray" rəsmisi: "Keremin avrokubokda oynamağına mane olmayacağıq" İtaliya millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ “Fənər”in müdafiəçisi ərəblərin radarında “Qalatasaray” və “Fənər” transferdə yenidən qarşı-qarşıya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью