PSJ "Parma"nın qapıçısını transfer etdi

11.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PSJ "Parma"nın qapıçısını transfer etdi

PSJ "Parma"nın qapıçısı Dzion Suzukinin transferi gerçəkləşdirib.

QOL.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, 23 yaşlı yaponiyalı qapıçının transferi PSJ-yə 35 milyon avroya başa gəlib.

Qeyd olunur ki, Suzuki PSJ-yə keçdikdən dərhal sonra icarəyə göndəriləcək. Onun ən real icarə variantının "Yuventus" olduğu bildirilir. Turin klubu qapıçı ilə maraqlanan əsas namizəddir.

Suzuki 2024-cü ilin yayında 7,5 milyon avro qarşılığında Belçikanın "Sent-Trüden" klubundan "Parma"ya keçib. Ötən mövsüm 22 oyunda meydana çıxan qapıçı 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью