Icma.az, futbolpress-az saytına istinadən bildirir.
PSJ baş məşqçisi Luis Enrike ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis Paris təmsilçisi ilə yeni müqavilə şərtlərini razılaşdırıb. Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Fransa mətbuatının iddiasına görə, tərəflər 2030-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıblar, lakin klub qərarı rəsmən elan etməyə tələsmir. Fransa çempionatında məşqçi dəyişikliklərinin tez-tez yaşandığını vurğulayan mənbə bildirir ki, Liqa 1-də iki ildən artıq eyni postu tutan cəmi iki mütəxəssis var — Luis Enrike və “Lavr”ı çalışdıran Didye Diqar. Yeni müqavilə 56 yaşlı çalışdırıcının bu göstəricidəki liderliyini möhkəmləndirəcək.
Xatırladaq ki, parislilər Enrikenin əvvəlki müqaviləsini 2024-cü ilin oktyabrında yenilənmişdilər, lakin bu barədə rəsmi açıqlama yalnız 2025-ci ilin fevralında verilmişdi. Çempionatın ən uzunömürlü baş məşqçisi titulunu daşıyan ispaniyalı mütəxəssis 2030-cu ilə qədər Parisdə qalacağı təqdirdə, bu göstəricidə ciddi rekord vuracaq.