PSJ Roma ya 60 milyon avro ödəməyə hazırdır

13.10.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Roma"nın futbolçusu Manu Kone karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Paris təmsilçisi Konenin oyununu xeyli müddətdir izləyir. Liqa 1 nəhəngi 24 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 60 miyln avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Roma" Manu Koneni 2024-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Fransa millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью