PSJ səfərdə Arsenala qalib gəlib

30.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin "Arsenal" klubuna qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Emireyts" stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” arasında gerçəkləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью