Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
Fransanın PSJ komandası unikal göstərici ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, paytaxt klubu səfərdə ən uzun məğlubiyyətsizlik seriyası rekorduna imza atıb. Luis Enrikenin kollektivi bunu Fransa Liqa 1-in XXVIIII turunun “Nant”la təxirə salınmış görüşündə (1:1) reallaşdırıb.
Beləliklə, komanda səfərdə keçirdiyi 39 matçda 30 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.
PSJ 1991-1993-cü illərdə İtaliya A Seriyasında ardıcıl 38 matçda məğlub olmayan “Milan”ın rekordunu geridə qoyub.