PSJ Simonsu 50 milyon avroya satdı

30.01.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Leypziq" PSJ-dən icarəyə götürdüyü Xavi Simonsla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunun transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Leypziq" Simons üçün PSJ-yə 50 milyon avro təzminat ödəyib. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən icarəyə götürmüşdü. Niderland millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью