PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18.12.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın nəhəng klubu PSJ FIFA Qitələrarası Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, Paris təmsilçisi Qətərdə keçirilən həlledici qarşılaşmada Braziliyanın “Flamenqo” komandasını məğlub edib.

Gərgin mübarizə şəraitində keçən oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibin müəyyənləşməsi üçün penalti seriyasına ehtiyac duyulub. Bu mərhələdə daha dəqiq olan Luis Enrikenin baş məşqçisi olduğu PSJ rəqibini 2:1 hesabı ilə üstələyərək kuboka sahib çıxıb.

Qeyd edək ki, Paris Sen-Jermen klubu tarixində ilk dəfə FIFA Qitələrarası Kubokunu qazanmaqla əlamətdar uğura imza atıb.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью