Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Fransanın PSJ futbol klubunun idman müşaviri Luis Kampos komandanın yay transfer fəaliyyətini davam etdirəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı funksioner transfer pəncərəsinin son günlərində həm gedişlərin, həm də yeni futbolçuların alınmasının mümkün olduğunu söyləyib.
“Transfer pəncərəsi bitməyib. Bredli Barkola və İbrahim Mbaye barədə danışdınız, görək nə baş verir. Ötən il Donnarummanın gedişi də çox gec baş verdi. Bu transfer pəncərəsi qətiyyən bitməyib. Yeni futbolçu almaq üçün yaxşı fürsət tapsaq, bunu edəcəyik”, - deyə Kampos bildirib.