Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın "Pari Sen-Jermen" klubu İngiltərənin "Bornmut" klubunun və Ukrayna millisinin mərkəz müdafiəçisi İlya Zabarnı ilə maraqlanır.Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, Zabarnının kluba gəlişini rusiyalı qapıçı Matvey Safonovun PSJ -də oynaması çətinləşdirə bilər.Qeyd olunur ki, potensial birgə oyunla bağlı futbolçuların şəxsi fikirləri bəlli deyil.22 yaşlı İlya Zabarnı "Bornmut"un heyətinə 2023-cü ilin əvvəlində qoşulub.
Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün yarışlarda 16 oyunda iştirak edib, lakin heç birində qol vura bilməyib.
Onun "Bornmut"la müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. Məlumata görə, Zabarnının təxmini dəyəri 38 ml € təşkil edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.