futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bayer”in futbolçusu İbrahim Maza karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, PSJ 20 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Paris təmsilçisi bir neçə gün əvvəl ciddi zədə alan Xviça Kvaratsxeliyanın əvəzinə Mazanı heyətə cəlb etmək niyyətindədir. Klub qış transfer dönəmində “Bayer”lə danışıqlara başlayacaq.
Maza 2025-ci ilin yayından Leverkuzen təmsilçisinin formasını geyinir. O, bu mövsüm Bundesliqada 6 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.