Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
PSJ "Barselona"nın hücumçusu Lamin Yamalı transfer etməyə çalışıb.
QOL.az AS-a istinadən xəbər verir ki, bu haqda "Barselona"nın prezidenti Joan Laporta danışıb. O, Paris təmsilçisinin 18 yaşlı forvard üçün fantastik məbləğ təklif etdiyini söyləyib:
"Fəxr etdiyim şeylərdən biri də budur: PSJ Yamal üçün 250 milyon təklif etdi. Biz isə "yox" dedik. Onun klubumuzla 2030-cu ilə qədər qüvvədə olan müqaviləsi var".
Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 142 oyun keçirib, 44 qol vurub və 49 məhsuldar ötürmə edib.