PSJ yarımmüdafiəçiyə görə Bavariya ya 100 milyon ödəməyə hazırdır

23.01.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise karyerasını PSJ-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, parislilər yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdırlar. Həmçinin qeyd olunur ki, "Bavariya" 24 yaşlı fransız futbolçunu buraxmaq niyyətində deyil və yeni müqavilə üçün danışıqlar aparır.

Qeyd edək ki, Olisenin Münhen klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunu 130 milyon avro dəyərində qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью