PSJ yə 14 ildə nə qədər sərmayə qoyulub?

02.06.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının son qalibi PSJ-yə qoyulan sərmayənin məbləği açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın "Diario AS" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, klubun qətərli sahibləri 14 ildə PSJ layihəsinə ümumilikdə təxminən 2,283 milyard avro xərcləyiblər.

Bu vəsait transferlərə, infrastruktura və rəqabətədavamlı heyətin formalaşmasına yönəldilib.

Qeyd edək ki, "Qatar Sports Investments" fondu  2011-ci ildə PSJ-nin səhmlərinin 70%-ni alıb. Parislilər bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, Fransa çempionu olub. Həmçinin Kubok və Fransa Superkubokunu da başı üzərinə qaldırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью