PSJ yə uyğunlaşmaq çox çətindir

03.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"PSJ-yə uyğunlaşmaq çox çətindir"

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike qarşıdan gələn transfer pəncərəsində Paris təmsilçisinin yürüdəcəyi strategiya barədə danışıb.

QOL.az xəbər verir ki, "Footmercato" nəşrinin məlumatına görə, ispaniyalı çalışdırıcı rəhbərliyin müəyyənləşdirdiyi xüsusi plana sadiq qalacaqlarını vurğulayıb:

"Bu, komanda üçün yeni bir səhifədir. Öz planımıza sadiq qalacağıq. Bizə çox sayda futbolçu lazım deyil, çünki PSJ-yə inteqrasiya olunmaq, bura uyğunlaşmaq çox çətindir. Gələcək üçün işləyirik, lakin tələsməyə heç bir əsas yoxdur. Əlimizdə daha çox seçim variantının olması üçün yeni oyunçulara ehtiyacımız olacaq, lakin unutmaq olmaz ki, hazırda da kifayət qədər yaxşı və güclü heyətə sahibik. Addımlarımızı yavaş, amma əminliklə atacağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью