PSJ yeni formasını “Roma” ilə oyunda nümayiş etdirə bilər FOTO

01.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Fransanın PSJ klubu 2026/2027 mövsümü üçün nəzərdə tutulan üçüncü forma dəstini noyabrın 25-də təqdim edə bilər.

İdman.Biz “La Source”a istinadən xəbər verir ki, Paris təmsilçisi yeni formadan ilk dəfə UEFA Çempionlar Liqasında “Roma” ilə qarşılaşmada istifadə etməyi planlaşdırır.

Məlumata görə, yeni forma dəstinin rəsmi təqdimatı da həmin tarixə nəzərdə tutulub.

Hələlik klub yeni formanın dizaynı və təqdimat tarixi ilə bağlı rəsmi açıqlama yaymayıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью