PSJ Yuventus un təklifini rədd etdi

02.07.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ "Yuventus"un təklifini rədd etdi

"Yuventus" PSJ-nin hücumçusu Randal Kolo Muanini yenidən heyətinə qatmaq üçün danışıqları davam etdirir.

QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Turin klubu 27 yaşlı fransalı forvard üçün satınalma hüququ və ya öhdəliyi ilə birlikdə təxminən 33 milyon avroluq icarə təklifi göndərib. Lakin PSJ bu şərtlərlə razılaşmayıb. Çempionlar Liqasının son qalibi futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir.

Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir. "Yuventus" rəhbərliyi hesab edir ki, ortaq məxrəcə gəlmək mümkündür. Bildirilir ki, 36-37 milyon avro məbləğində, komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı halda məcburi satınalma şərti nəzərdə tutulan təklif hər iki klubu qane edə bilər.

Duşan Vlahoviçin komandadan ayrılmasından sonra "Yuventus" əsas mərkəz hücumçusu axtarışındadır. Klub "Cenoa"dan gənc hücumçu Ceff Exatorun transferi ilə bağlı razılığa gəlsə də, Kolo Muani hücum xətti üçün əsas hədəf olaraq qalır.

Qeyd olunur ki, futbolçunun özü də Turinə qayıtmaqda maraqlıdır. PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil olmayan fransalı hücumçunun "Yuventus"a qayıtmaq üçün maaşında endirimə getməyə hazır olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью